"Daşnak işi" böyüyür: Qocaları döyən daha bir erməni saxlanıldı

      "Daşnak işi" böyüyür:    Qocaları döyən daha bir erməni saxlanıldı
  12 May 2022    Oxunub:1171
Bir neçə gün öncə Ermənistanın Gümrü şəhərində qocaları döyən daşnak gənclərdən daha biri saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Ahılları döyən Daşnaksütyun funksionerinin oğlu imiş
Bildirilir ki, ahıl vətəndaşları döyərək onlara qarşı vəhşicəsinə xəsarətlər yetirənlərin hamısı müəyyən ediləcək. Yerli media ölkə adına utanc bir hadisə kimi qiymətləndirilən bu "Daşnak işi"nin hələ çox uzanacağını yazıb.

"İstintaq Komitəsinin Şirak Regional İstintaq İdarəsi siyasi müxalifətin təşkil etdiyi mitinqdə yaşlı kişilərə qarşı zorakılıq faktı ilə bağlı zəruri tədbirlər görür. Cinayət işində şübhəli bilinən növbəti şəxs isə 1994-cü ildə İrəvanda anadan olan Qor Matiosyandır. Sonuncu həbs edilib", - məqalədə yazılıb.

Qeyd edək ki, məlum cinayət işi üzrə ibtidai istintaq zamanı artıq 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri isə Daşnaksütyün partiyasının funksioneri Qeqam Manukyanın oğlu Taron Manukyan olub.

Xatırladaq ki, internetdə müxalifətdən və "Daşnaksütyun" partiyasından olan bir qrup gəncin yürüş zamanı qoca kişiləri döyməsi ilə bağlı video yayılmışdı. Onlar avtomobildən düşərək Gümrünün Yerçanyan şossesindəki dayanacaqda dayanan qocalara döymüşdülər. Məlum olub ki, gənclərin cinayət əməllərinin qurbanı 74, 56, 72 və 84 yaşlı vətəndaşlar olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Daşnaksütyun   Ermənistan  



Xəbər lenti