Aİ-nin XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər

   Aİ-nin XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə edəcəklər
  12 May 2022    Oxunub:733
Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin xarici işlər nazirləri mayın 16-da Ukraynanın xarici siyasət idarəsinin rəhbəri Dmitri Kulebanın iştirakı ilə planlaşdırılan görüşdə Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.
AzVision.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb. Şuranın bəyanatında deyilir ki, xarici işlər nazirləri həmçinin Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı son hadisələri nəzərdən keçirəcək və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Kanadanın xarici işlər naziri Melani Coli ilə mövzunu qeyri-rəsmi müzakirə edəcəklər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Ukrayna   XİN  



Xəbər lenti