Kim Çen In ictimaiyyət qarşısına ilk dəfə maska ​​ilə çıxdı - VİDEO

   Kim Çen In ictimaiyyət qarşısına ilk dəfə maska ​​ilə çıxdı -    VİDEO
  12 May 2022    Oxunub:679
Şimali Koreya lideri Kim Çen In ilk dəfə tibbi maskada görünüb. Bununla bağlı görüntüləri Şimali Koreya Mərkəzi Televiziyası yayıb.
Televiziya mayın 12-də keçirilmiş Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun 8-ci iclası ilə bağlı sujet yayımlayıb. Görüntülərdə Kim Çen Inin ağ tibbi maskadan istifadə etdiyi kadrlar yer alıb. O, çıxışı zamanı maskanı çıxardaraq masanın üzərinə qoyub.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ölkədə ilk koronavirusa yoluxma halını müəyyən edib. Bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məlumatda deyilir.

“Mayın 8-də paytaxtda toplanmış nümunələrin analizlərinin nəticələri diqqətlə araşdırıldıqdan sonra onların son vaxtlar bütün dünyada sürətlə yayılan “omikron” ştammı BA.2 yarımtipi ilə üst-üstə düşməsi qərara alınıb”, - xəbərdə bildirilir.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti