Almaniya XİN rəhbəri: “NATO münaqişəyə qarışmamalıdır”

      Almaniya XİN rəhbəri:    “NATO münaqişəyə qarışmamalıdır”
  13 May 2022    Oxunub:1077
Ukraynaya bütün hərbi dəstəyi ilə NATO münaqişəyə qarışmamalıdır.
AzVision.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Burbok deyib. “Mən bu yaxınlarda Kiyevdə idim, biz orada NATO-nu müharibə iştirakçısına çevirmədən, ilk növbədə, Ukraynanın müdafiə qabiliyyətinin artırılması baxımından necə dəstək ola biləcəyimizi müzakirə etdik”, - Burbok bildirib.

Nazir Ukrayna üzərində NATO-nun uçuşa qadağa zonasının yaradılması və Qərbdən Kiyevə təyyarələrin köçürülməsi ideyasına şübhə ilə yanaşıb: “Uçuşa qadağan olunmuş zonanın yaradılması və aviasiya vasitələri ilə təminatla bağlı biz artıq öz mövqeyimizi qəti şəkildə bəyan etmişik”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Almaniya   Ukrayna  



Xəbər lenti