Qərb gələn həftədən gec olmayaraq Rusiya neftinə embarqo qoya bilər

Qərb gələn həftədən gec olmayaraq Rusiya neftinə embarqo qoya bilər
  13 May 2022    Oxunub:797
ABŞ administrasiyası hesab edir ki, Avropa İttifaqı (Aİ) ölkələri gələn həftədən gec olmayaraq Rusiya neftinin alınmasına embarqo qoyulması ilə bağlı razılığa gələ bilər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bildirib. “Baş verənlərlə bağlı qiymətləndirməmə görə, Macarıstan indi uzunmüddətli perspektivdə Rusiya neftindən imtina üçün danışıqlar aparır. Bu, Aİ-nin üzərində çalışdığı razılaşmadır. Mən kifayət qədər optimistəm ki, Aİ buna bu həftə deyilsə, növbəti həftə nail olacaq. Düşünürəm ki, Aİ Rusiya neftinə embarqo qomağa çox yaxındır”, - o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Neft  



Xəbər lenti