Rusiyada “Android”də “Google Chrome”u yeniləmək olmur

   Rusiyada “Android”də “Google Chrome”u yeniləmək olmur
  13 May 2022    Oxunub:986
“Android” əməliyyat sistemi ilə işləyən cihazlardakı “Google Play” onlayn mağazasında bəzi istifadəçilər üçün “Google Chrome” brauzeri yenilənməyi dayandırıb.
AzVision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, tətbiqi yeniləməyə çalışarkən səhv bildirişi görünür. “Yenidən cəhd edin. Əgər bu işə yaramırsa, problemlərin həlli ilə bağlı məsləhətləri sınayın”, məlumatda deyilir. Bu problemin qalıcı olub-olmadığı, yoxsa texniki xəta olduğu bilinmir.

Mayın əvvəlində “Google” Rusiyadakı tərtibatçılara “Google Play”də ödənişli proqramları yükləməyi və yeniləməyi qadağan edib. Proqram istifadəçilər üçün kritikdirsə, şirkət onu müvəqqəti və ya daimi olaraq pulsuz etməyi təklif edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Google-chrome  



Xəbər lenti