"Böyük logistik böhran yaranacaq" - Medvedev

   "Böyük logistik böhran yaranacaq" -    Medvedev
  13 May 2022    Oxunub:1632
Anti-Rusiya sanksiyaları nəticəsində bir sıra malların tədarük zəncirləri dağılacaq, böyük logistik böhranın yaranacağı, o cümlədən xarici aviaşirkətlərin iflasa uğrayacağı realdır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün Telegram kanalında yazıb.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, dünyada enerji böhranı daha da güclənəcək və bəzi yanacaqların bahalaşması davam edəcək.

- O ölkələrdə böhran güclənəcək ki, onlar Rusiyanın enerji təchizatına sanksiyalar tətbiq etməklə öz ayaqlarına atəş açıblar. Dünyada rəqəmsal iqtisadiyyatın inkişafı ləngiyəcək, - Medvedev yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti