"Azovstal"da inanılmaz döyüş əməliyyatı - VİDEO

   "Azovstal"da inanılmaz döyüş əməliyyatı -    VİDEO
  13 May 2022    Oxunub:1527
Ukraynanın Mariupol şəhərində dəhşətli döyüşlər davam edir. Bu gün Ukrayna mediası “Azov” alayının “Azovstal” zavodunda həyata keçirdiyi əks-hücum əməliyatı ilə bağlı yeni video yayıb.
"Rusiya mayın 9-na kimi “Azovstal”ı tutmağa çalışacaq"- Britaniya kəşfiyyatı
Görüntülərda bunkerlərdən, çıxan döyüşçülərin rus hərbçilərin yenicə mövqelənməyə çalışdığı ərazilərə zərbələr endirməsi, hətta 5-10 metr məsafədə üzbəüz döyüşlərin aparılması əks olunub.

"İnanılmaz dözüm, cəsarət və qəhrəmanlıqlar göstərən müdafiəçilərimiz işğal olunmuş mövqelərdə düşməni bundan sonra da geri otrutmağa davam edəcəklər. İşğalçılar bu gün “Azovstal”ı ələ keçirməyə cəhdlər ediblər. Mariupol merinin müşaviri Petr Andryuşşenko məlumat yayıb ki, mayın 13-ü səhər saatlarında işğalçılar zavodun ərazisinə soxulmağa çalışıblar. O, rus əsgərlərinin zavodun ətrafında necə gəzdiyini göstərən müvafiq fotonu da dərc edib. Andryuşşenko vəziyyətin günü-gündən daha da mürəkkəbləşdiyini qeyd edib", - məqalədə yazılıb.




Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna   Azovstal  





Xəbər lenti