Günəşli günlər bizi gözləyir

Günəşli günlər bizi gözləyir
  04 Aprel 2013    Oxunub:1438
Azərbaycanda havanın temperaturu daha da yüksələcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 5-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq.

Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturu gecə 6-10, gündüz 15-20 dərəcə isti olacaq, bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək.

Aprelin 6-da hava əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 14-19 isti olacaq. Bəzi yerlərdə temperatur 23 dərəcəyədək yüksələcək.

Aprelin 7-də hava əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Havanın temperaturu gecə 6-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 25 dərəcəyədək yüksələcək.

Aprelin 5, 6, 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Aprelin 6-7-də gecə və səhər bəzi yerlərdə duman, ciskin müşahidə ediləcək. Havanın temperaturu gecə 6-11 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 3-8 dərəcə isti, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcəyədək isti olacağı gözlənilir.




Teqlər:  





Xəbər lenti