Mirzoyan Lavrov və Bayramovla görüşü müsbət qiymətləndirib
XİN rəhbəri İrəvanın 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvar və noyabrında Ermənistan, Rusiya və Azərbaycan liderləri səviyyəsində əldə edilmiş üçtərəfli razılaşmaların həyata keçirilməsinə sadiq qaldıqlarını iddia edib.
Qeyd edək ki, dünən Düşənbə şəhərində MDB Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Rusiya Federasiyasının xarici işlər naziri Serqey Lavrov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib. Görüşdə tərəflər, bölgədə mövcud olan vəziyyət və üçtərəfli bəyanatların yerinə yetirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Tural Tağıyev
AzVision.az
Teqlər: