"Ermənistanda bahalaşma olacaq" - Keçmiş nazir müavini

     "Ermənistanda bahalaşma olacaq" -  Keçmiş nazir müavini
  13 May 2022    Oxunub:1943
Bu il yerli istehsal olan ərzaq məhsullarının qiymətlərinin artacağı gözlənilir. Bunu İrəvanda keçirilən mətbuat konfransında Ermənistanın kənd təsərrüfatı nazirinin keçmiş müavini Qarnik Petrosyan deyib.
Ermənistanda taxıl sahələri 2,5 dəfə azalıb
O qeyd edib ki, qiymətlərin bahalaşması gübrələrin, dizel yanacağının, toxumların, herbisidlərin, eləcə də bəzi xidmətlərin qiymətinin kəskin artması ilə bağlıdır.

- Bütün bunlar mütləq yerli istehsal olan məhsulların maya dəyərinə təsir edəcək, - Petrosyan deyib.

Onun sözlərinə görə, ərzaq təhlükəsizliyi və ərzaq məhsullarının bahalaşması məsələsi hazırda bütün dünyada aktualdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ərzaq   Ermənistan  





Xəbər lenti