Ermənistanda taxıl sahələri 2,5 dəfə azalıb
- 2000-ci illərin ortalarında buğda əkini sahəsi 127-129 min hektar olduğu halda, indi bu rəqəm 2,5 dəfə azalıb - 57-58 min hektar, - Petrosyan qeyd edib.
Bildirilib ki, hakimiyyət qarşısında yazlıq əkin sahələrini artırmaq vəzifəsi durur. Petrosyanın sözlərinə görə, yazlıq əkin sahələri bir tərəfdən 2021-ci ildəki quraqlıq, digər tərəfdən isə yaz əkininə hazırlığın olmaması səbəbindən azalır.
Qeyd edək ki, Ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğal altında saxlayarkən buranın təbii ehtiyatlarını istismar etməklə yanaşı, tarixi ərazilərimizdə üzüm, taxıl və digər kənd təsərrüfatı sahələri də salıb. Məhsullar sonradan İrəvana daşınırdı. İşğala son qoyulduqdan sonra Ermənistanda bir sıra kənd təsərrüfatı məhsulları, hətta odun ehtiyatı ilə bağlı da ciddi problemlər yaşanır.
Tural Tağıyev
AzVision.az
Teqlər: Ermənistan Taxıl