Rusiya MN: "100-ə yaxın hərbçi, 1 "Bayraktar" vurmuşuq"

      Rusiya MN:    "100-ə yaxın hərbçi, 1 "Bayraktar" vurmuşuq"
  14 May 2022    Oxunub:671
Rusiya Müdafiə Nazirliyi Ukrayna Ordusunun son sutka ərzində verdiyi itkilərlə bağlı məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumatda raket zərbələri ilə Ukrayna Ordusunun 5 nəzarət nöqtəsinin vurulduğu və 2 sursat anbarının partladıldığı deyilir. Bundan başqa qeyd edilir ki, 100-ə yaxın hərbçi öldürülüb.

"Hava Hücumundan Müdafiə sistemləri Xarkov vilayətində biri "Bayraktar- TB2" olmaq 13 Ukrayna Pilotsuz Uçuş Aparatını məhv edib. Xarkovda 3 "Smerç" də məhv edilib", - məlumatda deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti