Ruslar məşhur içkiyə əvəz tapdılar: "Komi-Cola"

   Ruslar məşhur içkiyə əvəz tapdılar:    "Komi-Cola"
  14 May 2022    Oxunub:1479
"Coca-Cola" şirkətinin Rusiya bazarını tərk etməsindən sonra Rusiyada məlum şirkətin məhsullarını xatırladan saxta içki istehsal edilməyə başlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, "Komi-Cola" adı ilə təbliğ olunan həmin məhsul Sıktıvkar şəhərəindəki "Sıktıvkarpivo" zavodu tərəfindən qablaşdırılır. Qeyd edilir ki, zavodun yerləşdiyi Komi Respublikasında içkiyə olan tələbat hər gün daha da artır.

Qeyd edək ki, Rusiya Ukraynaya hərbi müdaxilə edəndən sonra bir sıra məşhur brend və Qərb şirkətləri Moskvanı boykot etdilər.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti