Keçmiş məhkumun qətli ilə bağlı cinayət işi açılıb

Keçmiş məhkumun qətli ilə bağlı cinayət işi açılıb
  14 May 2022    Oxunub:999
Şamaxıda keçmiş məhkumun daşla öldürülməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə AzVision.az -a Şamaxı Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Haviyevə gəzdirdiyi cib bıcağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər: Qətl   Cinayət  





Xəbər lenti