Gələcək "hökumət siyahısı"nda Köçəryanla Sarkisyana yer olmayacaq

 Gələcək "hökumət siyahısı"nda    Köçəryanla Sarkisyana yer olmayacaq
  14 May 2022    Oxunub:1275
Bu gün Ermənistanın ən radikal siyasi qüvvələrindən sayılan Daşnaksütyun funksioneri, vitse-spiker İşxan Saqatelyan diqqət çəkən açıqlama verib. O, keçirdiyi brifinqdə Qarabağ klanı ilə bağlı sualdan diplomatikcəsinə yayınmağa çalışıb.
Hərbi canilərin yeni ittifaqı dezinformasiya imiş
Jurnalist hazırda mitinqlərin əsas hərəkətverici qüvvəsi sayılan Saqatelyana "Ola bilərmi ki, Ermənistanın ikinci və üçüncü prezidentləri sizin siyahınızda(Gələcəkdə hakimiyyətə gələcəyi təqdirdə formalaşan hökumətdə-red.) yer alsın?" sualını ünvanlayıb.
Daşnak funksioner isə “Ümumiyyətlə, biz bütün potensialımızdan istifadə etməliyik, kimin hansı rolu oynayacağını, həyat və zaman göstərəcək” deyib.

Saqatelyan çıxışına davam edərək deyib ki, "Məncə onlar meydandan götürüldükdən sonra təcrübəyə, biliyə malik ən yaxşı danışıqlar aparan qrupa ehtiyac yaranıb, belə bir dəstə yaradılmalıdır... Prezidentlər, keçmiş xarici işlər nazirləri, müdafiə nazirləri uzun yol keçmiş insanlardır. Ona görə də hər kəsin potensialından istifadə etmək lazımdır".

Bəzi saytlar Saqatelyanın konkret şəkildə "Sarkisyan və ya Köçəryana mühüm vəzifə verəcəyik" və s. cavablar səsləndirməməsini maraqlı nüans kimi qiymətləndiriblər. Baxmayaraq ki, yeri gələndə hər iki hərbi cani daşnaklarla bərabər meydanlarda yürüşlər keçirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Daşnak   Köçəryan   Sarkisyan  





Xəbər lenti