40 rus əsgəri döyüşməmək üçün öz ayağından atıb

  40 rus əsgəri döyüşməmək üçün    öz ayağından atıb
  14 May 2022    Oxunub:980
Onlarla rusiyalı hərbçi ayağından yaralı şəkildə Zaporojyenin işğal olunmuş Melitopoldakı xəstəxanasına çatdırılıb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Artilleriyaçıları həyətlərdə maskalanan rusları vurdu - VİDEO
Saytlar Zaporojye vilayətinin hərbi administrasiyasının yaydığı bəyanata istinad ediblər. Qeyd edilir ki, oxşar yaraların səbəbi kimi özünə atəş açma göstərilib.

"Bu yaxınlarda müxtəlif əzalarından güllə yarası almış 40 rusiyalı hərbçi Melitopoldakı xəstəxanaya çatdırılıb. Bu kütləvi və diqqət çəkən yaralanmaların ehtimal olunan versiyalarından biri silahla bacarıqsız rəftar göstərilsə də döyüşdən-öldürülməkdən qorxaraq qaçmaq ehtimalı da var", - məqalədə yazılıb.

Xatırladaq ki, aprelin sonunda Ukrayna Təhlükəsizlik Xidməti rus hərbçilərin pul təzminatını almaq və cəbhədən evə qayıtmaq üçün özlərini şikəst etməyə, hətta bədənlərinə qəlpələr yeritməyə hazır olduqlarını sübut edən səs yazılarını yaymışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Yaralı   Zaporojye  





Xəbər lenti