Putin finlandiyalı həmkarı ilə NATO-nu müzakirə etdi
Liderlər Ukraynadakı vəziyyəti də müzakirə ediblər. Xüsusilə Vladimir Putin ciddi və konstruktiv dialoqa maraq göstərməyən Kiyev tərəfindən faktiki olaraq dayandırılmış Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar prosesinin vəziyyəti ilə bağlı öz qiymətləndirməsini bölüşüb.
Ukrayna Prezident Aparatının rəhbərinin köməkçisi Mixail Podolyak isə twitter səhifəsində prezidentlər arasındakı söhbətə belə bir şərh yazıb: "Dünya Rusiyadan tamam bezib və Moskvanın təhdidlərinə daha məhəl qoymur. NATO sərhədləri Sankt-Peterburq ətrafına çatacaq - Sauli Niinistyonun Rusiya prezidenti ilə söhbətini diplomatik dildən sadə dilə belə tərcümə etmək olar. Yeni reallığa xoş gəlmisiniz, cənab Putin!".
AzVision.az
Teqlər: Finlandiya