Finlandiya və İsveç PKK-nı dəstəkləyir - Çavuşoğlu
Diplomat bildirib ki, NATO-ya üzv olmağa hazırlaşan dövlət heç bir halda terrorçuları dəstəkləməməlidir.
"Türkiyə əvvəldən NATO-nun açıq qapı siyasətini dəstəkləyib. Hətta alyansın bəzi üzvləri regionumuzda və Qərbi Balkanlarda bəzi dövlətlərin NATO-ya daxil olmasına qarşı çıxanda da biz bunu dəstəkləmişik. NATO təkcə təhlükəsizliklə bağlı deyil, həm də həmrəylikdən ibarət olan bir ittifaqdır", - nazir vurğulayıb.
AzVision.az
Teqlər: PKK Finlandiyavəİsveç