Serj Sarkisyan Azərbaycana dəyən ziyandan danışdı

Serj Sarkisyan Azərbaycana dəyən ziyandan danışdı
  19 Aprel 2014    Oxunub:984
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Ermənistan müdafiə nazirliyində olub.
AzVision.az Ans Press -ə istinadən xəbər verir ki, Ermənistan prezidenti söhbət zamanı Türkiyə ilə danışıqlara da toxunub və bağlanan niyyət protokollarının Ermənistan üçün deyil, Türkiyə və Azərbaycan üçün ziyanlı olduğunu bildirib.

“Bizi günahlandırırdılar ki, bu protokollar Qarabağ danışıqlarına zərbə vuracaq və biz güzəşt üçün şərait yaradırıq. Əgər azərbaycanlıların mövqeyi möhkəm idisə, niyə onlar vəziyyəti gərginləşdirməyə çalışırdılar. Əgər bu protokollar Türkiyənin maraqlarına uyğun idisə, niyə onu təsdiq etmirlər? Əgər onlar Türkiyə maraqlarına görə bağlanmışdısa, niyə bu ölkənin daxili həyatında gərginlik yaradırdı?”, - deyə Serj Sarkisyan vurğulayıb.


Teqlər:





Xəbər lenti