Fransa hökumətinə qadın rəhbərlik edəcək
Əvvəllər Əmək, Məşğulluq və İnteqrasiya Nazirliyinə rəhbərlik etmiş Elizabet Born Fransanın yeni baş naziri olacaq. Bu barədə BFM telekanalı məlumat yayıb. Born Fransa tarixində baş nazir təyin edilən ikinci qadın olacaq.
Artıq Yelisey sarayı da məlumat yayıb: “Prezident Emmanuel Makron Elizabet Bornu Baş nazir təyin edib və ona yeni hökuməti qurmağı tapşırıb”, - kommünikedə deyilir.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Fransa