Rza Zərrab danışdı: “Həbsdə mənə dedilər ki,...”

Rza Zərrab danışdı: “Həbsdə mənə dedilər ki,...”
  19 Aprel 2014    Oxunub:891
“Həbsxanada olanda mənə təklif etdilər ki, günahı hökumətin üstünə at, azad olunacaqsan. Mən isə qəbul etmədim”.
AzVision.az xəbər verir ki, bunu Türkiyədə keçirilən 17dekabr rüşvət əməliyyatında həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrab “Sabah” qəzetinə müsahibəsində deyib.

4 aydan sonra ilk dəfə müsahibə verən Zərrab həbs olunmağının təfərrüatlarını açıqlayıb.

“Səhər saat 5-in yarısı məni ən məhrəm yerdən yataq otağımdan çıxardılar. Qapıda 20 kameranı görəndə başa düşdüm ki, bu, dövlət çevrilişi əməliyyatıdır”.

İş adamı müsahibəsində haqqında səsləndirilən müxtəlif iddialara da münasibət bildirib. Rza Zərrab vurğulayıb ki, onun qeyri-leqal ticarətlə məşğul olduğunu idda edən adamlar riyaziyyatı bilmir: “Mənim bütün işlərim banklar vasitəsilə həyata keçirilir. Gördüyüm işlər dövlətin bütün qurumları tərəfindən yoxlanıla bilər. 200 ton qızıl ixrac edib Türkiyəyə 25 milyard lirə gəlir gətirmişəm. Büdcə kəsirinin 15%-ni mən bağladım. Babək Zəncaniyə gəlincə isə onun nə şərikliyim var, nə də dostluğum. Görüşümüz cəmi 4 dəqiqə belə davam etməyib. İranda mənlə bağlı həbs qərarı yoxdur, istədiyim vaxt gedib gələ bilərəm. Orada şirkətlərim var və atam hazırda oradadır”.

Qeyd edək ki, iş adamı Rza Zərrab İrandan aldığı qazın əvəzində qızıl ticarətinə vasitəçilik etməkdə, 87 milyard avroluq çirkli pulun yuyulmasına köməklik etməkdə, nazirlərə külli miqdarda rüşvət verməkdə ittiham olunurdu. 70 gün həbsdə qaldıqdan sonra isə azadedildi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti