"Aİ azad edilmiş ərazilərdə yenidənqurmaya dəstək verməyə hazırdır"

   "Aİ azad edilmiş ərazilərdə yenidənqurmaya dəstək verməyə hazırdır"
  17 May 2022    Oxunub:956
"2021-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət dövriyyəsi 15 milyard dollardan çox olub. Azərbaycanın xarici ticarət dövriyyəsinin 44 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb".
AzVision.az xəbər verir ki, bu barədə Avropa İttifaqı ilə Azərbaycan arasında keçirilmiş biznes forumda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib. Onun sözlərinə görə, Avropa İttifaqının yüzlərlə şirkəti Azərbaycanla fəal əməkdaşlıq edir.

Səfir əlavə edib, biz ikitərəfli saziş üzərində işləyirik: "Bu saziş əməkdaşlığımızı daha da irəliyə aparacaq.

Avropa ittifaqı olaraq sülh prosesinə töhfə verməklə yanaşı, işğaldan azaldan edilmiş ərazilərdə təhlükəsizlik və yenidənqurma layihələrində dəstək göstərməyə hazırıq. Avropa bizneslərinin belə layihələrdə marağını görürük".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti