İrəvanda saxlanılanların sayı 414 -ə çatdı - YENİLƏNİB

 İrəvanda saxlanılanların sayı  414 -ə çatdı -  YENİLƏNİB
  17 May 2022    Oxunub:2285
Bu gün Ermənistanda keçirilən etriaz aksiyaları zamanı polis bölmələrinə aparılan müxalifətçilərin sayı artıb. AzVision.azxəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Polis deputat Anna Mkrtçyanı sürüyüb apardı - VİDEO
Ermənistan Polisinin mətbuat xidmətinə istinad edən saytlar yazırlar ki, artıq saxlanılan etirazçıların sayı 414-ə çatıb.

***
11:20


Ermənistanda keçirilən etiraz aksiyaları zamanı xeyli sayda müxalifətçi saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, saxlanılanlar əsasən küçə və prospektləri bağlamağa çalışan fəallar olublar.

"Səhər saat 10:00-a olan məlumata görə, Ermənistan polisi müxalifətin "Müqavimət" hərəkatının təşkil etdiyi itaətsizlik aksiyalarının 155 iştirakçısını saxlayıb", - "Sputnik Ermənistan" Ermənistan Polisinin mətbuat xidmətinə istinadən yazıb.

"TASS" isə yazıb ki, saxlanılanların sayı 286-ya çatıb.

Qeyd edək ki, mayın 17-də səhər saatlarında İrəvanın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb. Müxalifətin "Müqavimət" hərəkatının tərəfdarları küçələrə çıxaraq nəqliyyatın hərəkətini əngəlləməyə çalışırlar.

Xatırladaq ki, aprelin 25-dən başlayaraq Ermənistanda etiraz aksiyaları keçirilir. İrəvanda isə müxalifət bir neçə gündür ki, aktiv küçə yürüşlərinə başlayıb. Onlar əsas nəqliyyat yollarını bağlayaraq baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Aksiya   Polis  



Xəbər lenti