Rusiya silah anbarının vurulma anı - VİDEO

   Rusiya silah anbarının vurulma anı -    VİDEO
  17 May 2022    Oxunub:1461
Ukrayna artilleriyaçıları Rusiya Ordusuna məxsus sursat anbarını vurub. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Rusiya ordusuna yeni müasir tanklar verildi
Bildirilir ki, bu uğurlu əməliyyatı 45-ci artilleriya briqadası reallaşdırıb.

"Düşmənin döyüş sursatları ilə bərabər şəxsi heyəti də effektli şəkildə məhv edilib. 45-ci artileriya briqadasının kəşfiyyatı rusların silah-sursat anbarının yerini müəyyənləşdirib. Hava kəşfiyyatı ərazini nəzarətdə saxlayaraq düşmənə məxsus yük maşınlarının daimi hərəkətlərini müşahidə edib. Hərbçilərin peşəkarlığı nəticəsində hədəflər uğurla vurulub. Kəşfiyyat məlumatları düz çıxıb, çünki vurulan bina saatlarla yanıb və anbarda uzaqdan görünən partlayışlar baş verib", - məqalədə yazılıb.



Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ukrayna  





Xəbər lenti