Əsgər valideynləri İrəvanda yolu bağladı - CANLI

   Əsgər valideynləri İrəvanda yolu bağladı -    CANLI
  17 May 2022    Oxunub:958
Ermənistanda İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərin yaxınları etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, valideynlər Apellyasiya Məhkəməsinin yaxınlığındakı küçəni bağlayıblar.
Paşinyanın həbsini tələb edən valideynlər yolu bağladı - VİDEO
"5165" hərəkatının rəhbəri Karin Tonoyan mediaya açıqlamada deyib ki, "Prokuror məhkəməyə gəlməyib. Bizə heç bir izahat verilmədi. Valideynlərə qarşı hörmətsizlik göstərirlər. Prokuror yoxdur deyə, məhkəmə də təxirə salındı. Karen Bişaryan adlı hakim indicə çıxıb getdi”.

Qeyd edək ki, artıq bir aya yaxındır ki, əsgər valideynləri prokurorluqdan oğullarını zərərçəkmiş, özlərini isə həlak olanların qohumu statusu almaları tələbi ilə aksiyalar keçirirlər. Bunun üçüb hüquqi əsas kimi isə baş nazir Nikol Paşinyanın müharibə etirafları götürülə bilər. Prokurorluq onların vəsatətinin təmin edilərək aidiyyəti istintaq orqanına verildiyini bildirib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan  





Xəbər lenti