Paşinyanın həbsini tələb edən valideynlər yolu bağladı - VİDEO

   Paşinyanın həbsini tələb edən valideynlər yolu bağladı -    VİDEO
  29 Aprel 2022    Oxunub:1236
Ermənistanda İkinci Qarabağa müharibəsində öldürülmüş hərbçilərin valideynləri etiraz aksiyalarını davam etdirirlər. AzVision.az xəbər verir ki, bu gün valideynlər Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin son davranışlarına etiraz olaraq Baş Prokurorluğunun binasının yerləşdiyi Vazgen Sarkisyan küçəsini bağlayıblar.
İrəvanda əsgər valideynləri Paşinyanın həbsini tələb edirlər- CANLI
"Etirazçılar bu gün yenidən Baş Prokurorluğun qarşısına toplaşaraq qurumun rəhbəi Artur Davtyanla görüş tələb ediblər. Bundan əvvəl isə Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Baş Prokurorluğun tapşırığı ilə valideynlərlə istintaq-əməliyyat tədbirləri aparmaqdan imtina edib. Müharibədə ölmüş Levon Avetisyanın atası Misak deyib ki, "Düşünürlər ki, prosesi gecikdirməklə bizi geri çəkilməyə məcbur edəcəklər. Amma yox, biz sona qədər gedəcəyik. Bu, mümkün deyil. Əgər qanuna əməl etmək istəmirlərsə, biz də etməyəcəyik".

O qeyd edib ki, valideynlərin səbri sonsuz deyil və elə məqam yetişib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları artıq qətiyyətl davranmalıdırlar. Misak valideynlərin onları zərərçəkmiş kimi tanınması və baş nazir Nikol Paşinyanın dövlətə xəyanət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi tələbini səsləndirib.


Qeyd edək ki, bir neçə gündür aksiya keçirən valideynlər baş nazir Nikol Paşinyan haqqında cinayət işi açılmasını tələb edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan  



Xəbər lenti