İrəvanda əsgər valideynləri Paşinyanın həbsini tələb edirlər- CANLI

   İrəvanda əsgər valideynləri Paşinyanın həbsini tələb edirlər-    CANLI
  28 Aprel 2022    Oxunub:1615
İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərin valideynləri Ermənistanda etiraz aksiyası keçirirlər. AzVision.az xəbər verir ki, onlar baş nazir Nikol Paşinyanın həbsini tələb edirlər.
Əsgər valideynləri İrəvanda aksiya keçirirlər - CANLI
Baş Prokurorluğun binası qarşısına toplaşan etirazçılar hüquq-mühafizə orqanlarını ölkə rəhbəri haqqında tədbirlər görməyə çağrırlar. Səbəb kimi də Paşinyanın öz dili ilə minlərlə hərbçinin ölümündə günahkar olmasını etiraf etməsi göstərilir.

Xatırladaq ki, “Hayastan” müxalifət bloku da aprelin 25-dən İrəvanda müddətsiz etiraz aksiyalarına başlayıb. Baş nazir Nikol Paşinyanın Qarabağla, Azərbaycanla aparılan danışıqlar prosesi ilə bağlı bir neçə rezonans doğuran bəyanatından sonra etiraz aksiyalarında fəallıq yarandı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Aksiya   İrəvan   Paşinyan  



Xəbər lenti