Şolts Zelenskilə humanitar və hərbi vəziyyəti müzakirə edib
"Kansler Olaf Şolz müntəzəm təmasları çərçivəsində bu gün yenidən Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb. Federal kansler və Ukrayna prezidenti Ukraynadakı mövcud hərbi-humanitar vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Ukrayna və Rusiya arasında münaqişənin diplomatik və danışıqlar yolu ilə əldə olunması ilə bağlı razılığa gəliblər"-deyə, xəbərdə bildirilir.
Qeyd olunub ki, danışqılarda əsas müddəa Rusiya tərəfindən hərbi əməliyyatların dərhal dayandırılması və rus qoşunlarının Ukraynadan çıxarılması olmalıdır.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Ukrayna