7 nəfər virusa yoluxub, 4 nəfər sağalıb

   7 nəfər virusa yoluxub,    4 nəfər sağalıb
  17 May 2022    Oxunub:1155
Azərbaycanda koronavirus (COVID-19) 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzVision.az -a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 50 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 110, bu günə qədər isə ümumilikdə 6 858 298 test icra olunub.

AzVision.az



Teqlər: virus  





Xəbər lenti