Ölümündən 80 gün sonra dəfn edilən "Buça terminatoru" - FOTO (VİDEO)

 Ölümündən 80 gün sonra dəfn edilən "Buça terminatoru" -  FOTO (VİDEO)
  18 May 2022    Oxunub:1102
Ukraynalılar müharibənin ilk günlərində Buça şəhərinin müdafiəçilərindən olmuş Vladimir Kovalski ilə 80 gündən sonra vidalaşıblar. O, xalq arasında "Buça terminatoru" adı alıbmış.
Əsgər ürəyində güllə ilə meşədə 2 gün yol gəlib - VİDEO
Yerli media yazır ki, 6 yaşlı Dmitri Kovalski atasının ölümündən 80 gün sonra onun həlak olduğu əraziyə gəlib.

"Buçada ruslara qarşı döyüşlər gedirdi. Dmitrinin atası doğma şəhəri ilk müdafiə edənlərdən biri idi. Vladimir Kovalski həm də müharibə veteranı idi. O, "Maydan" proseslərindən keçib, 2016-cı ildə Şərq cəbhəsində kəşfiyyatın tərkibində fəaliyyət göstərərkən minaya düşmüşdü. Hər iki ayağını itirən kəşfiyyatçı protezlə yaşayıb. Hətta "Qəhrəmanlar Yarışı"na da qatılıb. Buçada onun protezlə əvvəlki tempdə fəaliyyət göstərməsinə görə “Buça terminatoru” deyirdilər. Fevralın 27-də isə işğalçılarla dəhşətli döyüşdən sonra yaralanaraq xəstəxanaya çatdırılarkən yolda ölüb", - məqalədə yazılıb.

Qeyd edilir ki, işğal cəhənnəmi bundan sonra başlayıb. Qəhrəman əsgər protezləri ilə birgə Buçadakı kütləvi məzarlıqda basdırılıb.

"Ölümündən 80 gün sonra onun altı yaşlı oğlu Dmitri atasının öldüyü məkandan məzarına qədər dağıdılmış Buça boyunca 2 kilometr piyada gedib. Oğlan atasının tabutuna örtülmüş bayrağı özünə sıxaraq nəhayət ağlaya bilib. Çünki uşaq indiyə qədər özünü saxlayıb, ağlamırmış", - müəllif yazıb.

O da vurğulanır ki, "Buça terminatoru" qısa döyüş yolu keçsə də, xeyli sayda qəhrəmanlıqlar göstərib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Buça  





Xəbər lenti