Əsgər ürəyində güllə ilə meşədə 2 gün yol gəlib - VİDEO

   Əsgər ürəyində güllə ilə meşədə 2 gün yol gəlib -    VİDEO
  13 Aprel 2022    Oxunub:1837
Kiyevin “Feofaniya” xəstəxanasının həkimləri ilk dəfə olaraq unikal əməliyyat aparıblar. Cərrahlar xəstənin ürəyini dayandırmadan oradan gülləni çıxarıblar. Bununla da qəhrəman tibb işçiləri 20 yaşlı ukraynalı hərbçi Vladimir Qordienkonun həyatını xilas ediblər.
Yüksək riskli əməliyyat başlayanda həkimlərin bir neçə xilasetmə planı olub. Amma əməliyyat o qədər uğurlu alınıb ki, ertəsi gün xəstə hətta ayağa qalxıb. "Bir neçə gün mən sağ olduğuma belə inanmadım",- hərbçi deyib.


O, müharibənin ilk günlərindən könüllü olaraq döyüşlərə qartıldığını söyləyib. Martın əvvəlində iki nəfərlə Kiyev vilayətinin kəndlərindən birində rus hərbçilərinə əsir düşüb. 9 saatlıq sorğu-sualdan sonra onlara maşına minib getmələri bildirilib. Avtomobil hərəkətə başlayanda isə hərbçilər onlara atəş açıblar. Vladimir atəş açılarkən maşından sürünərək ərazidən uzaqlaşa bilib.



Hadisə martın 3-də baş verib. O, iki gün o ürəyində daşıdığı güllə ilə Jitomir bölgəsi istiqamətində meşədən keçərək gəlib.


Tural Tağıyev
AzVision.az


Teqlər: Ukrayna   Əsgər   Rusiya   Müharibə  





Xəbər lenti