![]() |
"Görün kimləri itirmişəm, bu, çox ağır hissdir" - Azərbaycanın 93 yaşlı rəqqasəsi |
Hazırda akademiyanın rektor vəzifəsini müvəqəti icra edən Nailə Məmmədzadə toylarda oriyental oynayan rəqqasə olub. Onun ali savadı natamamdır. İstedadlı uşaqların üzərindən xətt çəkir. Belə bir adam mədəniyyətimizlə bağlı gələcək nəsilə nəyi ötürəcək?!",- deyə Xalq artisti narazılığını dilə gətirib.
Qeyd edək ki, Xoreoqrafiya Akademiyasının kollektivi bu ittihamlarla razı deyil. İncəsənət ocağının bizimlə söhbət edən həm gənc, həm də təcrübəli pedaqoqları əksinə, son vaxtlar kollektivdaxili münasibətlərin sağlamlaşdığını, yaradıcı və demokratik ab-havanın olduğunu bildiriblər. Onların sözlərinə görə, rəhbərlik gücü çatan səviyyədə problemlərin həllinə çalışır.
AzVision.az yaxın günlərdə Xoreoqrafiya Akademiyasındakı real vəziyyətlə bağlı geniş materialı oxucularına təqdim edəcək.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: İncəsənət