Müsəlmanlar Obamaya səsləndi

Müsəlmanlar Obamaya səsləndi
  19 Aprel 2014    Oxunub:1260
Malayziyada müsəlmanlar ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçirib.
AzVison.az Anspress-ə istinadən xəbər verir ki, nümayişçilər ABŞ prezidenti Barak Obamanın aprelin 26-28-də Malayziyaya planlaşdırılan səfərinə qarşı çıxıblar.

Etiraz aksiyası cümə namazından sonra keçirilib. Nümayişçilər əllərində Barak Obama əleyhinə şüarlar yazılmış plakatlar tutublar.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Asiya turnesi zamanı Malayziya, Filippin, Cənubi Koreya və Yaponiyaya səfər edəcək.

Barak Obama ABŞ prezidenti Lindon Consonun 1966-cı ildə Malayziyaya səfərindən sonra gedən ilk dövlət başçısı olacaq.



Teqlər:  





Xəbər lenti