İrəvan biolaboratoriyaları etiraf etdi: "Yalnız ermənilər çalışır"

   İrəvan biolaboratoriyaları etiraf etdi:   "Yalnız ermənilər çalışır"
  19 May 2022    Oxunub:1249
Ölkəmizdəki laboratoriyalarda Ermənistan vətəndaşları işləyirlər və onlar qanunvericilik çərçivəsində fəaliyyət göstərirlər. İşçilərin fəaliyyətləri dövlətin maraqlarına xidmət etməyə yönəlib. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
İrəvanda ABŞ əleyhinə aksiya: "Ölkəmizdəki biolaboratoriyalarınızı bağlayın"- YENİLƏNİB
O xatırladıb ki, baş nazir Nikola Paşinyanın fərmanına əsasən ölkədə biotəhlükəsizlik sahəsini əlaqələndirən işçi qrup fəaliyyət göstərir. Qrupun işini isə Ermənistan Təhlükəsizlik Şurasının katibi əlaqələndirir. Qriqoryanın sözlərinə görə, qrup bütün beynəlxalq tərəfdaşlarla intensiv şəkildə işləyir və rusiyalı mütəxəssislər Ermənistana məhz onun fəaliyyəti çərçivəsində səfər ediblər.

- Ermənistan tərəfi onların qaldırdıqları bütün məsələlərə dolğun cavablar verib. Bu kontekstdə qeyd olunur ki, bütün erməni laboratoriyalarında ölkəmizin vətəndaşları çalışır və onlar milli qanunvericiliyə uyğun fəaliyyət göstərirlər. Həmin işçilərin fəaliyyətləri dövlətin maraqlarına xidmət etməyə yönəlib. Bundan başqa bioloji təhlükəsizlik məsələsi iki ölkənin təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq gündəmindədir, - Armen Qriqoryan qeyd edib.

O, həmçinin bildirib ki, bu yaxınlarda Təhlükəsizlik Şurası ofisinin rəhbəri Hayk Petrosyan Moskvada olub və orada idarələrarası komissiyaların iclasında iştirak edib. Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, burada bütün mümkün suallar müzakirə olunub, Kremlə konkret cavablar da verilib. Həmçinin ölkələr arasında biotəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri də müzakirə olunub. Qriqoryan bu kontekstdə xatırladıb ki, Ermənistan və Rusiya arasında hətta biotəhlükəsizliyə dair hökumətlərarası anlaşma memorandumu imzalanıb.

- Ermənistan müxtəlif təhdidlərlə mübarizədə öz imkanlarını artırmaq məqsədilə biotəhlükəsizlik məsələlərində bütün tərəfdaşları ilə əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq beynəlxalq standartlar əsasında və şəffaflıq şəraitində həyata keçirilir, - İrəvan rəsmisi fikrini yekunlaşdırıb.

Xatırladaq ki, bu gün Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayaraq qeyd edib ki, Ukraynada biolayihələrdə iştirak edən strukturların Ermənistanda olması diqqətlə təhlil edilməlidir. Diplomatik nümayəndəliyin bəyanatında ​​qeyd olunur ki, Rusiya bioloji təhlükəsizlik sahəsində Ermənistanla məhsuldar və qarşılıqlı faydalı əməkdaşlığı davam etdirir. Səfirlik onu da qeyd edib ki, ABŞ və müttəfiqləri Rusiya sərhədlərinin bilavasitə yaxınlığında, Ermənistanda nə etdiklərinin izahatını vermirlər. Və bu amil Rusiyanın bioloji təhlükəsizliyinin təmin edilməsi kontekstində nəzərdən keçirilir.

Qeyd edək ki, Rusiya rəsmiləri ABŞ-ın Ukraynadan sonra Qafqazda, konkret olaraq Gürcüstanla və Ermənistanda təhlükəli biolayihələr həyata keçirdiyini bəyan edirlər. Konkret olaraq hər iki ölkədə Rusiya əleyhinə bioloji laborotoriyalar qurulduğu deyilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Biolaboratoriya  





Xəbər lenti