ABŞ-ın Ukraynadakı biosirləri - Məxfi qovluq |
“Alyans” partiyasının gənclər birliyinin koordinatoru Denis Poqosyan deyib ki, Ermənistanda 12 bioloji laboratoriya var ki, onlardan 3-ü İrəvanda, qalanları isə regionlarda fəaliyyət göstərir.
- Biz tələb edirik ki, Ermənistanda fəaliyyət göstərən və ABŞ tərəfindən maliyyələşdirilən bioloji laboratoriyalarda beynəlxalq monitorinq aparılsın... Biz bu laboratoriyalarda biosilahların hazırlanmasından şübhələnirik, - Poqosyan deyib.
Fleşmob iştirakçıları qeyd ediblər ki, Ermənistan sınaq poliqonu deyil və ölkə əhalisi sınaq subyekti olmamalıdır.
İştirakçılar “Ermənistan eksperimentlər üçün meydan deyil”, “Viruslara yox”, “Biosilahlara yox” şüarlarını səsləndiriblər.
14:30
Ermənistadan ABŞ əleyhinə etiraz aksiyası keçirilib. AzVision.az xəbər verir ki, aksiya iştirakçıları ölkədə Qərbə bağlı bioloji silah kimi istifadə olunan xüsusi laboratoriyaların ləğv edilməsini tələb ediblər.
Aksiyanın təşkilatçılarından biri deyib ki, Ermənistan kimi ölkədə biloji silah olmamalıdır.
- Biz çalışacağıq ki, bu hadisə ictimailəşsin. Aksiyadan sonra ABŞ-ın Ermənistandakı səfirliyinə gedirik.
Tural Tağıyev
AzVision.az