|
| "Treysisiz Ermənistan": İrəvanda ABŞ səfiri əleyhinə aksiya keçirilib - VİDEO |
"Təhlükəsizlik işçiləri deputatlardan forumun təşkilatçılarından icazə almağı tələb edib. Dövlət Mühafizə Xidmətinin rəisi Sarkis Hovanisyan isə deputatların adının dəvət olunanlar siyahısında olmadığı üçün onları içəri buraxmaqdan qəti şəkildə imtina edib. Deputatlar salona keçməyə çalışsalar da, onlara mane olublar və dava düşüb. Müxalifəti təmsil edən deputatlar “Ayıb olsun!” qışqıraraq "Nikol satqındır!" şüarı səsləndiriblər", - məqalədə yazılıb.
- Ermənistanda elə bir demokratiya var ki, deputatlar foruma yalnız ictimai təşkilatın icazəsi ilə daxil ola bilərlər. Bu, ABŞ və Aİ səfirlərinin danışdıqları demokratiya növüdür. İkili standartlarla Ermənistanı avtoritar ölkəyə çevirirlər, - deputat Xamoyan etiraz çıxışında deyib.
Deputatlar özləri ilə siyasi məhbus hesab etdikləri müxalifətçilərin fotoşəkilləri olan plakatlar gətiriblər. Qeyd edək ki, pərt olan deputatlar arasında Aqnessa Xamoyan, Aram Vardevanyan, Hayk Mamicanyan, Aspram Krpeyan, Anna Qriqoryan, Artur Sarkisyan, Anna Mkrtçyan olub.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


