“Ethereum”un yaradıcısı artıq milyarder deyil

   “Ethereum”un yaradıcısı artıq milyarder deyil
  21 May 2022    Oxunub:1313
“Ethereum” blokçeyn platformasının və eyni adlı kriptovalyutanın yaradıcısı Vitalik Buterin artıq milyarder olmadığını bildirib.
Buterin “Twitter”də, “SpaceX” və “Tesla”nın qurucusu İlon Maskın və “Amazon”un qurucusu Ceff Bezosun sosial media fəaliyyəti haqqında yazısına şərhdə “Yeri gəlmişkən, mən artıq milyarder deyiləm” yazıb. “Forbes” 2021-ci ilin dekabr ayında Buterini yeni milyarderlərin siyahısına daxil etmişdi. Onun xalis sərvəti təxminən 1,3 milyard dollar idi.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Milyarder  





Xəbər lenti