ABŞ Şimali Koreyaya qarşı hərbi təlimlərin sayını çoxaldır
Görüşdən sonra keçirilən mətbuat konfransında Prezident Yun Sok Yol bildirib ki, ABŞ Prezidenti ilə görüşdə müttəfiqlərin Şimali Koreyanın mümkün nüvə hücumuna qarşı hazırlıq üçün müxtəlif formalarda hərbi təlimlərin keçirilməsinə ehtiyacın olmasını geniş müzakirə ediblər.
Görüşün yekununa dair birgə bəyanatda qeyd olunub ki, Co Bayden Cənubi Koreyanın müdafiəsi üçün ABŞ-ın nüvə silahından və raketdən müdafiə sistemi də daxil olmaqla bütün müdafiə imkanlarından istifadə etməsi mövqeyinə sadiqliyini bəyan edib.
AzVision.az
Teqlər: ABŞ Şimali-Koreya