Orban: "Sanksiyalar Rusiyaya qarşı "atom bombası"dır"

   Orban:  "Sanksiyalar Rusiyaya qarşı "atom bombası"dır"
  21 May 2022    Oxunub:1033
AB-nin Rusiyaya qarşı sanksiyaları “atom bombası"dır.
AzVision.az xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Macarıstan hazırda Brüsseldə davam edən iqtisadi tədbirlərə qoşulmur.

Orbanın sözlərinə görə, Rusiyaya atılan “atom bombalarından” qorunmaq olmur, onun dalğaları digər ölkələri də vurur, qiymətlər kəskin qalxır.

Qeyd edək ki, AB ölkələri Rusiyaya qarşı 6-cı – enerji qadağası barədə hələlik razılığa gələ bilməyiblər.

AzVision.az



Teqlər: Orban   ABŞ   Rusiya  





Xəbər lenti