Ermənistanda müxalifətçilərin mənzillərində axtarışlar aparılıb |
- Xarici işlər naziri artıq Ermənistanın maraqlarına xidmət etmir, bütün giriş-çıxışlar bağlanmalıdır, - Saqatelyan deyib.
Yerli media yazır ki, binanın etirazçılar tərəfindən blokadaya alınması səbəbindən bir çox işçilər içəri keçə bilməyiblər.
Xatırladaq ki, bundan öncə İşxan Saqatelyan polisin Kotayk, Qeqarkunik və Tavuş vilayətlərində Daşnaksütyun partiyasının üzvlərinin mənzillərində axtarışlar apardığını bəyan etmişdi.
Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasəti göstərirlər. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyub. Onlar aksiyalarında təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.
Tural Tağıyev
AzVision.az