Yunanıstan Rusiya qazını rublla almağa başlayıb

   Yunanıstan Rusiya qazını    rublla almağa başlayıb
  24 May 2022    Oxunub:1041
Rusiya qazını idxal edən bütün yunan şirkətləri “Qazprom”a olan ödəniş prosedurlarında yeni sistemə keçiblər. Bundan sonra tədarükdə də heç bir fasilə olmayacaq.
Ermənistan Rusiya qazını artıq rublla alır
AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, "Bütün yunan şirkətləri rublla ödəniş sistemini tətbiq ediblər".

Qeyd edək ki, bu ölkədə üç əsas idxalçı var - "DEPA Commerce", "Mytilineos", "Prometheus Gas". Rusiyadan olan qaz tədarükləri mövsümdən asılı olaraq idxalın 45%-dən 55%-ə qədərini təşkil edir. Ekspertlərin fikrincə, yaxın illərdə Afina Rusiya qazını heç bir başqa mənbələrlə əvəz edə bilməyəcək.

Xatırladaq ki, Rusiya Ukraynaya hücuma edəndən sonra Moskvaya qarşı sanksiyalar tətbiq edildi. Buna cavab olaraq Rusiya qaz satışını milli valyuta ilə həyata keçirəcəyini bəyan etdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yunanıstan   Qaz   Rubl   Rusiya  





Xəbər lenti