İsveç və Finlandiya rəsmiləri bu gün Ankaraya gedəcək
Bir müddət öncə Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın Baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, bu ölkələr terrorçulara himayə edir.
NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.
İlkin Nəcəfzadə
AzVision.az
Teqlər: Türkiyə