Ziyafətdə olan tankçıları kamikadze dronla vurdular - VİDEO

   Ziyafətdə olan tankçıları kamikadze dronla vurdular -  VİDEO
  24 May 2022    Oxunub:1149
Ukrayna mediası ordunun kamikadze dronlardan istifadə etməsinə dair məlumat yayıb. AzVision.az xəbər verir ki, saytlar tankların vurulması ilə bitən bu uğurlu əməliyyatı əks etdirən videonu da dərc ediblər.
Ukraynalılar "kadırovçular"ı "ət maşını"na saldılar - VİDEO
"Xüsusi əməliyyat qüvvələri kamikadze dronlardan istifadəni peşəkarcasına mənimsəyib və rus işğalçılarını amansızcasına məhv edirlər. Bununla bağlı möhtəşəm video da yayılıb. Nəinki rusların tankı, düşmənin canlı qüvvəsi də partlayışdan sonra məhv edilib. Onlar özləri üçün ziyafət təşkil edib tankın üzərində oturaraq spirtli içkilər içirlərmiş. Lakin ukraynalı müdafiəçilər onların “bayramını” korlayıblar", məqalədə yazılıb.



Xatırladaq ki, bu günlərdə ABŞ-ın Ukraynaya 100 ədəd "Switchblade" kamikadze tipli pilotsuz uçuş aparatı verməsi barədə məlumat yayılmışdı. Məlumatda amerikalı ekspertlərin ukraynalı hərbçilərə dronlardan istifadə qaydaları ilə bağlı təlim keçdiyi də deyilirdi.

Qeyd edək ki, bu dronlar tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub. "Switchblade 600" modeli hədəfin üzərində 40 dəqiqə dayana, ona 180 km/saat sürətə çata bilir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tank   Rusiya  





Xəbər lenti