“İsgəndər” raketləri Ukrayna-Belarus sərhədində
Belarus Silahlı Qüvvələrinin bölmələri Brest və Qomel vilayətlərində, Belarus-Ukrayna sərhədinin Volın və Polissya istiqamətlərində yerləşib. Seversk istiqamətində isə Rusiya Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin müdafiəsinin gücləndirilməsi və Ukrayna qoşunlarının başqa istiqamətlərə keçməsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
Poqar beynəlxalq avtomobil keçid məntəqəsi və Bryansk vilayətinin Sluçevsk qəsəbəsi ərazilərində də oxşar hallar müşahidə olunur. Xatırladaq ki, bir ay əvvəl, aprelin 24-də ruslar Ukrayna sərhədindən 60 km aralıda, Rusiya Federasiyasının Belqorod vilayətində, Slobojan istiqamətində “İsgəndər-M” OTRK buraxılış qurğularını yerləşdirmişdilər.
AzVision.az
Teqlər: İsgəndər