İrəvanda polislə etirazçılar arasında dava düşüb - VİDEO |
- Biz heç vaxt son tarix təyin etməmişik. Biz aksiyalara başlamazdan əvvəl nə bir gün, nə bir həftə, nə də başqa bir tarix haqqında danışmadıq. Amma uğura necə çatmağımız üçün bir düstur deyirik. Həmçinin aşkar şəkildə bəyan edirik ki, onun daha bir gün də hakimiyyətdə qalması təhlükəlidir" - vitse-spiker, daşnak fəal deyib
O iddia edib ki, guya idarə etdikləri müxalifət hərəkatı küçələrdə hər gün daha da güclənir. "Elə bir kritik an gələcək ki, hüquq-mühafizə orqanları daha Nikolu hakimiyyətdə saxlaya bilməyəcək".
Qeyd edək ki, Ermənistanda etiraz aksiyaları keçirilsə də bu bütün ölkəni əhatə etmir. Bəzi iqtidar saytları artıq insanların küçə aksiyalarından bezdiyini yazırlar.
Xatırladaq ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.
Tural Tağıyev
AzVision.az