İrəvanda gərginlik: Prezident iqamətgahı blokadaya alındı - CANLI |
"Bina mühasirəyə alınandan sonra əraziyə əlavə polis qüvvələri cəlb edilib. Təhlükəsizlik qüvvələri fəalları binadan uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər. “Hayastan” fraksiyasının deputatları Aram Vardevanyan və İşxan Saqatelyan müxalifət tərəfdarlarını sakitləşdirməyə çalışaraq onları təxribatlara uymamağı səsləyiblər. Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Xain Nikol!” şüarları səsləndiriblər. Polis isə etirazçıları binanın girişlərini açmağa çağırıb", - məqalədə yazılıb.
Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.
Tural Tağıyev
AzVision.az