İrəvanda gərginlik: Prezident iqamətgahı blokadaya alındı - CANLI

      İrəvanda gərginlik:   Prezident iqamətgahı blokadaya alındı -   CANLI
  25 May 2022    Oxunub:1673
Ermənistanda vəziyyət gərgin olaraq qalır. AzVision.az xəbər verir ki, bu gün səhər saatlarından müxalifətin “Müqavimət” hərəkatının üzvləri İrəvanda yürüş təşkil ediblər.
İrəvanda müxalifətçilərlə polis arasında toqquşma olub - VİDEO
Onlar Fransa meydanından Baqramyan prospekti ilə Ermənistan prezidentinin iqamətgahına qədər aksiya keçiriblər. Müxalifətçilər iqamətgahı blokadaya alaraq baş anzir Nikol Paşinyanın əleyhinə şüarlar səsləndirirlər.

Vitse-spiker, daşnak funksioneri İşxan Saqatelyan jurnalistlərə açıqlama verərək deyib ki, “Düz bir aydır ölkədə mitinqlər keçirilir, xalq etirazını ortaya qoyur, amma prezident kürsüsündə oturan şəxs özünü elə aparır ki, sanki heç nə baş vermir". Saqatelyan iqamətgahda oturan şəxsi ölkə prezidenti saymadıqlarını bəyan edib.

- O, "Vətəndaş müqavilə”nin nümayəndəsidir... İqamətgahın heç bir əməkdaşı binaya girməməlidir, - Saqatelyan deyib.

Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiyalarda təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə qondarma bayraqlarla dəstəklərini ifadə edirlər.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Yürüş   Aksiya  





Xəbər lenti