Müxalifət İrəvanda XİN-in binasına hücum etdi - CANLI |
"Hadisə yerinə çoxlu sayda “qırmızı beretlilər” cəlb edilib. Onlar etirazçıları XİN-in binasından uzaqlaşdırmağa cəhd ediblər. Müxalifət tərəfdarları polisin tövsiyə və əmrlərinə tabe olmaq istəməyiblər. Bundan sonra etirazçılar əl-ələ verərək polis əməkdaşları kimi "insan divarı" yaradaraq onları geri itələyiblər. Lakin Ermənistanın ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan etirazçıları geri çəkilməyə çağırıb", - məqalədə yazılıb.
Qeyd edək ki, müxalifət aprelin 25-dən başlayaraq Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz xarici və daxili siyasəti göstərirlər. Qeyd edilir ki, baş nazirin xarici siyasəti ölkəni uçuruma sürükləyir, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyub. Onlar aksiyalarında təxribatçı çağırışlar da edərək Azərbaycan ərazisində mövcud olmuş keçmiş separatçı rejimə də dəstəklərini ifadə edirlər.
Tural Tağıyev
AzVision.az