SEPAH komandiri avtomobilində öldürüldü |
Qəzet Xodayarinin ötən bazar günü Tehranda öldürüldüyünü xatırladıb . Bunun ardınca rəsmi Tehran insidentdə İsraili günahlandırıb və ölkənin Milli Təhlükəsizlik Şurası bu qətlə sərt cavab verəcəyini vəd edib.
Xodayari digər məsələlərlə yanaşı Yaxın Şərqdəki əməliyyatlara da cavabdeh şəxslərdən olub. Lakin onun fəaliyyət sahəsi bu bölgəylə məhdudlaşmayıb.
Amerika nəşri iddia edir ki, onun “hədəfləri arasında Avropa, ABŞ, Keniya, Efiopiya, Birləşmiş Ərəb Əmirliklərindən olan rəsmilər də olub”.
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti mayın 22-də Tehran küçələrindən birində öldürülüb. Sui-qəsd zamanı o, avtomobili ilə evinə gedirmiş. Yayılan məlumata görə, Xodayari motosikletdə olan iki nəfər tərəfindən vurulub və cinayətkarlar SEPAH zabitinə 5 dəfə atəş açıblar.
SEPAH isə polkovnikin qətlini terror aktı kimi qiymətləndirib.
Tural Tağıyev
AzVision.az